Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası

Mülki və İctimai TəşkilatAzərbaycan

Gənc Tərcüməçilər Assosiasiyası Azərbaycanda fəaliyyət göstərən tərcüməçilərin bir yerə toplaşmasıyla ərsəyə gəlmişdir.
Assosiasiya azərbaycanlı tərcüməçilərin ilk professional təşkilatıdır. Assosiasiyaya 200-ə yaxın professional, həvəskar tərcüməçilər, tərcümə fakültəsində oxuyan tələbələr daxildir. Əsas missiya tərcüməçilər arasında sıx bağ yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, mədəniyyətlərarası əlaqələrdə onların fəaliyyətlərindən yararlanmaqdır. Gənc Tərcüməçilər Assosiasiyasında 8 klub və 1 komissiya fəaliyyət göstərir.