“Azərbaycan Könüllülər” İctimai Birliyi (Akib)

MühasibəAzərbaycan

“Azərbaycan Könüllülər” ictimai birliyi (bundan sonra AKİB) 2000-ci il noyabr ayında Bakı şəhərində yaradılan qeyri-hökümət təşkilatıdır.
Yarandığı gündən Azərbaycan Könüllər ictimai birliyi qarşısına aşağıdakı vəzifələrin yerinə yetirilməsini qoymuşdur:
1. Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması;
2. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək;
3. Sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək;
4. Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasının təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması;
5. Təşkilatın məqsədindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün müxtəlif seminar, konfrans, debat, təlim kursu, sosioloji sorğu, dəyirmi masa, forum, yerli və beynəlxalq könüllü düşərgələri, tanışlıq səfərlərinin təşkil olunması;
6. İnsan hüquqları sahəsində fəaliyyətin gücləndirilməsi;
7. Səhiyyə və sağlamlıq sahəsində düzgün işin qurulması, xüsusən də gənclərin QİÇS, narkomaniya, spirtli içkilərdən istifadə, tütün məmulatlarına aludəçilik kimi ziyanlı vərdişlərdən çəkindirilməsi;
8. Mədəni, dünyəvi, milli dəyərlərin qorunması.