Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi

Mülki və İctimai TəşkilatAzərbaycan

"Azərbaycan Sığortaçılar Assosiasiyası" ictimai birliyi könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır.
Birliyin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir.
Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 25 sığorta və 1 təkrarsığorta şirkəti "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.