Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti

Mülki və İctimai TəşkilatAzərbaycan

Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti 1999-cu ildə bir qrup Azərbaycanlı və Türkiyəli tələbələrin birgə fəaliyyəti və ortaq ideyalarının gerçəkləşdirilməsi məqsədi ilə yaradılmışdır.
ATGDC fəaliyyətləri müddətində heç bir siyasi cərəyana qoşulmadan Azərbaycan və Türkiyənin mənfəətlərinin qorunması, ikili əlaqələrin genişləndirilməsi, tələbə və gənclər arasında sıx bağların qurulması və qarşılıqlı görüşlərin təşkili yönündə çalışmışdır. Dərnəyin maliyyə qaynağı Azərbaycanlı və Türkiyəli iş adamları və könüllülərdir.