Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası

Mülki və İctimai TəşkilatAzərbaycan

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası professional hüquqşünaslardan ibarətdir. Assosiasiya bu günə qədər 10-dan çox layihə və tədris proqramı gerçəkləşdirmişdir.
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası 27.11.2007 tarixində təsis edilmişdir. Assosiasiyanın əsas hədəfləri:
Vətəndaş cəmiyyətinin inkişafında gənc hüquqşünasların rolunu artırmaq, bu yöndə onların bilgilərini çoxaltmaq, onlara bu mövzuda hər dəstəyi vermək, onların problemlərini həll etmək və bu istiqamətdə təkliflər irəli sürmək;
İnkişaf etmiş ölkələrin bu mövzuyla əlaqəli təcrübəsindən faydalanmaq, gənc hüquqşünaslara təlim düşərgələri təşkil etmək, onlarla daim irtibatda olub görüşlər keçirmək;
Gənclərin boş vaxtlarını daha dolu və faydalı keçirməyini təşkil etmək, onların sosial problemlərinə yardımçı olmaq.
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası bu hədəflərə çatmaq üçün çeşidli kurslar, seminarlar, təlim proqramları, görüşlər, sərgilər, konfranslar gerçəkləşdirir, Azərbaycan Respublikasının rəsmi dairələri ilə əməkdaşlıq edir.