Azərbaycanfilm

Kinoteatr və FilmAzərbaycan

Azərbaycanfilm - Azərbaycan dövlət film istehsalı şirkətidir. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) olaraq adlandırılmışdır. Çeşidli adlardan sonra ("Azdövlətkino" (1926-1930), "Azkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətkinosənaye" (1934), "Azərfilm" (1935-1940), "Bakı Kinostudiyası" (1941-1959)) 1960-cı ildə Cəfər Cabbarlı film şirkəti adını alır. Azərbaycanfilm Azərbaycan Mədəniyyət Nazirliyinə bağlıdır və mərkəzi Bakıdadır.