"Azərxalça" ASC

parçaAzərbaycan

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti 5 may 2016-cı ildə yaradılmışdır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. "Azərxalça" ASC-nin Bakı, Şəmkir, Quba və Füzuli filialları vardır. Ağdam, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdur. Filiallarda "Azərxalça"nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilmişdir. Hər filial binası toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və s. bölmələrdən ibarətdir.
Emalatxanalarda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxunulur. Bu çeşnilər qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanmışdır.