AzNar

Yeyinti MəhsullarıAzərbaycan

AzNar şirkətinin tarixi ötən əsrin 60-cı illərindən başlanır. Zavod ilk fəaliyyətinə ənənəvi alma və pomidor şirələrinin istehsalından başlasa da 1969-cu ildə nar və heyvadan da istifadə etmişdir.
Zavod 2006-cı ildə öz məhsullarını Grante adlı brendlə istehsal etməyə başladı.
2016-cı ilin payızında bazara TM Granat adı altında yeni məhsul seriyası çıxartdı. Granat brendi meyvə (nar, portağal, üzüm, heyva, albalı, alma, feyxoa və armud) və tərəvəzlərin pürə və şirələrini alıcılara təqdim etdi.
Şirkətin şirələri Rusiya Federasiyası, Macarıstan, Çexiya, Belarus, Polşa, ABŞ, Kanada, İsrail, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə satılır.