Baktelecom Şirkəti

TelekommunikasiyaAzərbaycan

2001-ci il may ayının 10-da Bakıda BTRİB-in nəzdində ilk dövlət internet provayderi olan – “Bakİnternet” yaradılmışdır.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, genişzolaqlı internet, radiorabitə və digər müasir telekommunikasiya xidmətləri göstərir.
Bunlara zəng zamanı nömrənin təyin olunması, telefon xətti məşğul olan zaman daxil olan yeni zəng haqda bildiriş, konfrans rabitə, çıxış zənglərinin məhdudlaşdırılması, qısaldılmış yığım, yönləndirmə kimi xidmətlər daxildir. İPTV, videotelefon, İP Consol, İAD və s. kimi xidmətləri isə multimedia xidmətlərinə aid etmək olar.