Evrascon

TikintiAzərbaycan

Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» (keçmiş “Azərkörpü”) 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlamışdır. “EVRASCON” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşmışdır.