Fab Boya

Tikinti MateriallarıAzərbaycan

Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC" 2001-ci ildən fəaliyyət göstərir. Şirkət ilk olaraq boya məhsulları istehsalına başlamış, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal etmişdir. Müəssisədə 2006–cı ildən Almaniya layihəsi əsasında müasir tələblərə cavab verən "Polimerlər" fabriki fəaliyyətə başlamışdır. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir. 2012 – ci ildə isə mövcud fabriklər sırasına tam avtomatlaşdırılmış və Avropanın qabaqcıl ölkələrinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş "FABKİM" Kafel və Metlax yapışdırıcları və "HİLLFAN" plastik məhsullar fabrikləri də əlavə olunmuşdur.