Gilan Holdinq

Qida İstehsalıAzərbaycan

“Gilan” Azərbaycanın qeyri – neft sektorunun aparıcı holdinqlərindən biridir. Holdinqin fəaliyyət dairəsi yüngül və qida sənayesi, kənd təsərrüfatı, tikinti və tikinti materiallarının istehsalı, bank sektoru, sığorta, daşınma və turizm kimi sənaye sahələrini əhatə edir.
Qəbələ şəhərində yerləşən “Gilan Qida şəhərciyi”nə konserv zavodu, sərinləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipslərinin istehsalı üzrə zavod daxildir.
Hazırda şirkətin məhsulları aşağıdakı ölkələrə ixrac olunur:
- Rusiya, Tacikistan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Qırğızıstan;
- Avropa: Almaniya, Yunanıstan, İtaliya, Polşa, Fransa, Çex Respublikası, Litva;
- Asiya: Çin, Yaponiya, BƏƏ, Küveyt, Livan, Malayziya, Əfqanıstan;
- Şimali Amerika: ABŞ, Kanada;
- Okeaniya ölkələri: Yeni Zenlandiya.