"Jalə" təbii meyvə şirə ve nektarları

Yeyinti MəhsullarıAzərbaycan

"Jalə" ekoloji saf və təmiz, 100% təbii meyvələrdən hazırlanmış meyvə şirəsidir. "Jalə" meyvə şirə və nektarları bir sıra yerli və beynəlxalq sərgilərdə əsas mükafata layiq görülmüşdür. Azərbaycan meyvə şirələri bazarında liderliyi ələ almış «Jalə» şirəsi daxili bazara, hətta Avropa Birliyi, Baltikyanı ölkələr, MDB ölkələri, İran, Türkiyə, ABŞ və 30-dan çox digər ölkəyə ixrac olunur.
"Jalə" meyvə şirələri albalı, alma, ananas, armud, banan, böyürtkən, çaytikanı, çiyələk, ərik, feyxoa, gavalı, göyəm, heyva, nar, portağal, qara qarağat, şaftalı, tomat, üzüm, zoğal kimi meyvələrin şirə və nektarlarını təqdim edir.