Kenan İnşaat və Ticarət Birgə Müəssisəsi

Tikinti MateriallarıAzərbaycan

KENAN İnşaat və Ticarət Birgə Müəssisəsi 1996-cı ildə Bakıda təsis olunmuşdur, memarlıq və tikinti sahəsində fəaliyyət göstərir. Şirkət əməliyyatlarının əsas istiqaməti idarələrin, mülki və sənaye binalarının tikintisi üçün zəruri nəzarət və konstruktiv avadanlıqların hazırlanması, topoqrafik və mühəndis-geoloji tədqiqat işlərinin aparılması, rekonstruksiya, yenidənqurma, elektrik və mexaniki işlərin icrasıdır. KENAN İnşaat sadəcə Azərbaycanda deyil, Gürcüstanda, Mərkəzi Asiyada, İsveçrədə, İsveçdə, Rusiyada etibarlı və verimli tərəfdaş statusuna malikdir.