Naxçıvan Avtomobil Zavodu

AvtomobilAzərbaycan

NAZ kimi tanınan Naxçıvan avtomobil zavodu, Azərbaycan, Naxçıvan Muxtar Respublikasında avtomobil istehsalçısıdır. Zavodun illik istehsalı 5 min ədəddir. İlk mərhələdə 4 fərqli Lifan Group modeli 108 ədəd minik avtomobili yığılmış və NAZ-LİFAN markası olaraq satılmışdır. Bunlar NAZ-LİFAN 620 (sedan), NAZ-LİFAN 520 (sedan), NAZ-LİFAN 520i (hatchback) və NAZ-LİFAN 320 (hatchback) modelləridir.
2012-ci ildən etibarən fabrik yeni SUV tipli krossoverli NAZ-LIFAN X60 istehsalına başladı. NAZ-LİFAN 620 modeli artıq avtomatik şanzımanla təchiz olunmuşdur. 2012-ci ilin sonunda marketinq məqsədi ilə ticarət vasitələrinin kiçik bir dəsti yığılmış və nümayişxanalara qoyulmuşdur.