Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzi

Sağlamlıq Sağlam yaşayış və idmanAzərbaycan

Naxçıvan Duzdağ Fizioterapiya xəstəxanası 1979-cu ilin dekabr ayının 29-dan 50 yataqlı xəstəxana kimi Naxçıvan duz mədəni içində, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə işləməyə başlamışdır. 1980-ci ilin oktyabr ayından xəstəxanada yataq sayı 100-ə çatmışdır. Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 14 km uzaqlıqda yerləşir. Xəstəxana 2 şöbədən ibarətdir. Müalicə tamamlanandan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma müşahidə edlir. Xəstələr duz mədənində bədən tərbiyəsi, döş qəfəsi üçün masajlar və s. alırlar. Dərman sadəcə ehtiyac olduğunda tövsiyyə olunur.