Nida Vətəndaş Hərəkatı

Mülki və İctimai TəşkilatAzərbaycan

N! DA - Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratik-hüquq dövlətinin qurulması məqsədiylə hüququn üstünlüyünün təmin edilməsi və iqtisadi dəyişikliklərin edilməsi mövzusunda bir araya gələn Azərbaycan vətəndaşlarının bir hərəkatıdır. Hərəkat 7 nəfərdən ibarət idarə heyəti tərəfindən idarə olunur.
Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycanın demokratikləşdirilməsi, ictimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin və tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılması hərəkatın əsas məqsədlərinə daxildir.