Sinam

İnformasiya TexnologiyalarıAzərbaycan

SİNAM şirkəti Azərbaycanda informasiya texnologiyaları bazarının əsasını təşkil edən şirkətlərdəndir. SİNAM (Proqram təminatının inkişafı, İnteqrasiya xidməti, Şəbəkə çözümləri, Avtomatlaşdırma və nəzarət, Dəstək) 1994-cü ildə Bakıda qurulmuşdur.
Şirkət 1997-ci ildə Amerika Ticarət Palatasının üzvü olmuşdur. Şirkət Orta Asiya və Qafqazda ilk istehsal şirkətidir.
Şirkətin əsas hədəfləri:
-Transxəzər regionunda aparıcı İKT şirkətinə çevrilmək;
-İKT sahəsində innovativ həllər üzrə dünya təcrübəsini qəbul etmək.