Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi

Mülki və İctimai TəşkilatAzərbaycan

"Sönməz Məşəl" Mədəni Əlaqələr ictimai birliyi ayrı-ayrı xalqlara məxsus mədəni dəyərlərin qarşılıqlı öyrənilməsi və təbliği vasitəsi ilə müxtəlif xalqlar və millətlər arasında mədəni əlaqələr yaratmaq və onların qarşılıqlı anlaşmasına yardımçı olmaq məqsədilə yaradılmış, mədəni əlaqələr ictimai birliyi, qeyri-hökumət təşkilatıdır.
Birlik Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin əcnəbi dillərə, dünya ədəbiyyatının ən qiymətli nümunələrinin Azərbaycan dilinə tərcüməsini təşkil edir, bədii tərcümə işinə marağın artırılması məqsədilə ən yaxşı bədii tərcümə nümunələrinin müsabiqəsini təşkil edir, vətəndaşların müasir demokratik dəyərləri öyrənməsinə kömək edir.