“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi

İnformasiya TexnologiyalarıAzərbaycan

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci ildə verdiyi fərmanla təsdiqlənmiş "Azərbaycan Gəncliyi 2011 - 2015 -ci İllərdə" Dövlət Proqramının 6.2.2 maddəsinə uyğun olaraq qurulmuşdur. Əsl məqsəd Qarabağ mərkəzi internet qaynağının yaradılmasıdır. “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasının bir digər məqsədi Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ problemi mövzusunda ətraflı və obyektiv məlumat verməkdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Rabitə və Texnologiya Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayan “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsinin ortaqları Azərbaycan Tələbə Gənclər Təşkilatları Birliyi, Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyi, Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər ictimai birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatı və Yeni Yazarlar və Sənətçilər Qurumu ictimai birliyidir.
“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin rəsmi internet səhifəsini eyni zamanda org / com / net / co.uk bölgə adlarıyla da istifadə etmək mümkündür. www.virtualkarabakh.az səhifəsində ölkədə və xaricdə fəaliyyət göstərən şirkətlər və hüquqi şəxslər, gənclər təşkilatları tərəfindən Azərbaycanın haqlı mövqeyi baxımından Qarabağ mövzusunda hazırlanan çeşidli informasiya, yazı, foto və video sənədlərin internetə yerləşdirilməsi mümkündür. İnternetdə istinad əsnasında qaynaq göstərmək olduqca önəmlidir.