Qazaxıstan — Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlətdir. Paytaxtı 1997-ci ildən bəri Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı Almatı şəhəri olmuşdur. Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya ilə, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə həmsərhəddir. Qərbdə, cənub-qərbdə Xəzər dənizi və Aral dənizi ilə hüdudlanır. 2017-ci il 1 yanvar tarixindən etibarən ölkə əhalisi 17,926,500 nəfərdir. Sahəsinə görə dünyada (2 724 900 kv.km) 9-cu yeri tutur. Qazaxıstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyinin üzvüdür.Mərkəzi Asiya regionunda iqtisadi cəhətdən dominant ölkə hesab olunan Qazaxıstan regionun ÜDM-sinin 60%-nə sahibdir.1991-ci ildə SSRİ-nin parçalanmasından sonra Qazaxıstan ən son müstəqilliyini elan edən dövlətlərdən biri olmuşdur. 1998-ci ildə qəbul olunan konstitusiyaya əsasən Qazaxıstan demokratik və unitar dövlətdir.Qazaxıstan Respublikasının rəsmi dövlət dili qazax dilidir.
Qazaxıstanın milli simvollarından biri olan, XX əsrin əhəmiyyətli arxeoloji tapıntısı ''Qızıl Geyimli Adam'' Moskvadakı ''Ulu Çöl Miras...
Davamını oxuQazaxıstan Respublikası Ankara səfiri Abzal Saparbekulı, İzmirdə qazaxıstanlı tələbələrlə görüşdü. Toplantıya İzmirdə yaşayan və Mani...
Davamını oxuFransanın Paris şəhərində Novruz Bayramı qeyd edildi. Tədbirə Garges-lès-Gonesse Bələdiyyə başqanı Maurice Lefèvre başda olmaqla yerli...
Davamını oxuKazakistan'da Gezebileceğiniz Tarihi ve Turistik 5 ŞehirGünümüzdeki yedi bağımsız Türk devletinden biri olan Kazakistan, Orta Asya ve Doğu Avrupa'dadı...
Davamını oxuMüstəqillikdən sonra Qazaxıstan özünü Türk və müsəlman kimliyinə sahib dövlət kimi tanıtmaya başladı. Qazaxıstanın Türkiyənin başlat...
Davamını oxu