Qırğızıstan Orta Asiyanın şimal-şərqində yerləşir. Ölkənin şimalında Qazaxıstan, qərbində Özbəkistan, cənub-qərbində Tacikistan və şimal-şərqində Çin Xalq Respublikası yerləşir. Ümumi sahəsi 199,9 min km²dir. 7439 metr olan Ceniş zirvəsi Qırğızıstanın ən yüksək zirvəsidir. Qırğızıstan dağlıq bir ölkədir. Ölkədə bəzi nadir metallar, qızıl, kömür və digər yeraltı sərvətləri vardır.Qırğızıstan kontinental iqlimə sahibdir. Ən uzun çayı olan Narının suyu Sırdəryaya (Özbəkistan) qədər uzanır. Ölkədə Isık-Köl, Son-Köl, Çatır-Köl, Sarı-Çelek və bənzəri bir çox göl yer var. Bu göllər gözəl təbiəti ilə turistlərin marağını çəkən mərkəzlərdir.Qırğızıstanın əhalisi 6 milyondan çoxdur. Xalq 66,9% qırğızlardan, 14,14% özbəklərdən, 10,65% ruslardan, 8,31% digər etnik qruplardan ibarətdir. Ölkədə 80-dən çox fərqli etnikdən olan vətəndaş yaşayır. Qırğızıstanın dövlət dili qırğız dili, rəsmi dili rus dilidir.Qırğızıstan qərb ilə şərqi bir-birinə bağlayan İpək yolunun üstündə yerləşir. Süleyman dağı, Özgendəki tarixi tikili, Saymaluu-Tashdakı rəsimlər, Manasın günbəzi, Tash-Rabat tarixi karvansarayı, Burana minarəsi və digər tarixi-mədəni tikililər və qalıntılar qırğız xalqının tarixdən gələn mirası olaraq bilinir.Paytaxt Bişkek, ölkənin siyasi, iqtisadi, elmi və mədəniyyət mərkəzi sayılır. Qırğızıstan Batken, Oş, Calal-Abad, Narın, Talas, Isık-Köl və Çüy olmaqla yeddi bölgədən ibarətdir.
İpək yolu layihəsi 2003-cü ildə Çin lideri Şi Jinping tərəfindan təklif olundu. Layihə Çinin qurudan və dənizdən qərbə doğru yol alan iqtisadi həmləsi...
Davamını oxuTürk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Qırğızıstan Oş Dövlət Universiteti İlahiyyat fakültəsi Araşan Sosial Elmlər İnstitutu nəzdində inşa...
Davamını oxuBir Türk musiqi aləti olan ağız qopuzu, Türk respublikalarında dəmir qopuz, avız qopuz, ağız qopuzu, domboi, avıa gubuz, şankopız, kimi adlarla adlan...
Davamını oxu