Türkmənistan 1991-ci ildə Sovetlər İttifaqının dağılmasından sonra müstəqilliyini qazanan Orta Asiya Türk dövlətidir. Türkmənistan, 12 dekabr 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatı ümumi qurultayı tərəfindən daimi bitərəf statusunu aldı. Yaşıl zəmin üstündə ay, beş ulduz və beş Türkmən xalça motivi olan Türkmənistan bayrağı, bugün Türkmənistanın idarə edildiği konstitusiya ilə birlikdə 1992-ci ildə qəbul edilmişdir. Paytaxtı Aşqabad olan ölkə, prezident respublikasıdır. Türkmənistan, (Azərbaycan, Qazaxıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Qırğızıstan, Özbəkistan və Türkiyə ilə birlikdə) hal-hazırda yeddi müstəqil Türk dövlətindən biridir, TÜRKSOY-un üzvüdür. Resmi pul vahidi manatdır.Orta Asiya ölkələrindən olan Türkmənistan cənubdan İran, qərbdən Xəzər dənizi, şimaldan Qazaxıstan, şimal-şərqdən Özbəkistan, cənub-şərqdən Əfqanıstanla həmsərhəddir. Ən yüksək yerləri Köyten dağı (3319 m) və Kopet dağıdır (2942 m). Xəzər dənizində yerləşən və duzla zəngin olan Qaraboğaz gölü, Türkmənistan topraqları içindədir. Torpaqlarının beşdə dördünü Qaraqum çölü təşkil edir.Rəsmi dil Türkmən Türkçəsidir və ölkədə oxuyub yazma dərəcəsi 98%-dir. Türkmən dili, Ural Altay dil qrupunun Altay qolunu təşkil edən qərb Türkçəsinin bir şəklidir. Türkməncə, Türkmənistanda yaşayan 6 milyondan çox Türkmən ilə İran, Əfqanıstan və Rusiyada yaşayan təxminən 3 milyon Türkmən tərəfindən danışılır.Türkmənistan iqtisadiyyatı böyük ölçüdə təbii qaz satışına və pambıq istehsalına bağlıdır. Türkmənistan dünyanın ən böyük dördüncü təbii qaz istehsalçısıdır.
Türkmənistanda 2018-ci ilin ilk rübündəki statistikalara görə Ümumi Daxili Məhsulun (ÜDM) böyümə nisbəti: sənaye sektorunda 4.6%; sənaye və&...
Davamını oxuTürkmənistanlı cüdoçu Gülbadam Babamuratova, 30 mart -1 aprel tarixləri arasında Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Beynəlxalq Gra...
Davamını oxuSeulda Türkmənistan Xarici İşlər Nazirliyi ilə Cənubi Koreya Xarici İşlər Nazirliyi arasında 2018-2020-ci illər üçün Əmə...
Davamını oxuAşqabadda Ticarət-Sənaye müəssisəsinin Sərgi Mərkəzində Özbəkistan Respublikasının milli sənaye sərgisi keçirildi. 2018-ci ilin 29-31 mart t...
Davamını oxuTürkmənistandan bu il sadəcə 160 müsəlman həccə gedəcək. Türkmən Dövlət Xəbər Agentliyi bu il bütün ölkədən sadəcə 160 m...
Davamını oxu