İlteriş Kağan Taşkınsu
5 gün əvvəl - 1 Dakika, 48 Saniye
trazen
kk
ky
uz
ru
tk

Diaspor Gənclərinin II Yay Düşərgəsinə Qeydiyyat Başlayıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənc diaspor nümayəndələrini 8-14 Iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etməyə dəvət edir.

Diaspor Gənclərinin II Yay Düşərgəsinə Qeydiyyat Başlayıb


Layihənin məqsədi: Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə İmadəddin Nəsiminin1 anadan olmasının 650 illiyinə həsr olunur.

Düşərgədə 18-29 yaşlarında, Azərbaycan dilində ünsiyyət bacarığı olan və tədbir ərzində tam davamiyyətə məsuliyyətli şəxslər iştirak edə bilərlər. Azərbaycan Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirak edən şəxslər təkrar müraciət edə bilməzlər.

İş qaydası: Düşərgədə Azərbaycanın tarixi və memarlıq abidələrinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri və əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Düşərgə iştirakçıları sertifikatla təltif olunacaqlar.

Diaspor Gənclərinin II Yay Düşərgəsinə Qeydiyyat Başlayıb


Xərclər: Diaspor Gənclərinin II Yay Düşərgəsi ödənişsizdir. Düşərgənin iştirak xərcləri (yol xərcləri, viza, yaşayış, qidalanma, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 mart 2019-cu il tarixinə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ keçidi vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

Ərizə forması

- Tövsiyə məktubu (Diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik /konsulluq) və digər təşkilatlardan və şəxslərdən (möhür və ya imza ilə təsdiq olunmuş formada))

- Pasportun surəti

Diaspor Gənclərinin II Yay Düşərgəsinə müraciət etmiş şəxslərlə müraciət müddəti bitdikdən sonra təşkilat komitəsi tərəfindən əlaqə saxlanılacaq və namizədlər video müsahibəyə dəvət ediləcəklər. Yekun seçim müsahibə müddəti tam bitdikdən sonra açıqlanacaqdır.