Türkan Hüseynova
1 il əvvəl - 54 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Dövlət Başçısı İlham Əliyevin Andiçmə Mərasimi Keçirildi

Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2018-ci ildə keçirilən seçkilərdən sonra, andiçmə mərasimi Azərbaycan Milli Məclisində 18 aprel 2018-ci ildə gerçəkləşdi. Prezident insanlara xidmət etmək, suverenlik və dövlətin torpaq bütünlüyünü qoruyacağına and içdi.

Azərbaycanda 11 apreldə fövqəladə prezident seçkiləri keçirildi. Bütün sekçi məntəqələrindən əldə edilən nəticələrə görə, vəzifədəki prezident İlham Əliyev seçkilərdə 86.02% səs alaraq daha 7 il prezident seçildi.

Dövlət Başçısı İlham Əliyevin Andiçmə Mərasimi Keçirildi

Azərbaycanın Mərkəzi Seçki Komissiyası 11 apreldəki seçkilərin nəticələrini elan etdi və Konstitusiya Məhkəməsinə təsdiq üçün bir protokol təqdim etdi. Konstitusiya Məhkəməsi 17 aprel 2018 tarixindəki toplantısında seçki nəticələrini təsdiqlədi.

Bundan sonra Əliyevin andiçmə mərasimi keçirildi və o, Azərbaycan Respublikası Konstitusiyasına və Qur'an-ı Kərim kitabına əlini basaraq xalqının milli və mənəvi dəyər və adətlərinə sadiq qalacağına and içdi.

İlham Əliyev bundan əvvəl keçirilən 2003, 2008 və 2013 seçkilərində də prezident seçilmişdi.

Mənbə: www.ria.ru