Dilek Özdemir
1 il əvvəl - 2 Dakika, 22 Saniye

Ekoturizm və qazancı

Ekoturizm, olduqca yeni bir məfhumdur. İlk dəfə 1992-ci ildə Rio Ətraf Mühit sammitində davamlı bir dünya və ekologiya üçün meyarlar ortaya qoyulmuşdur. Bu meyarlar turizmə də tətbiq edilərək ətraf mühitə zərər yetirmədən ondan yararlanma metodlarının təkmilləşdirilməsi və bütün yerli xalqların mədəniyyətlərini yox etmədən, onların turizm fəaliyyətlərindən yararlanmalarının təmin edilməsi şəklində müəyyənləşdirilmişdir. Ekoturizm təbiəti sevənlər və ekologiyaya qarşı həssasiyyəti ilə seçilən turistlərin fəaliyyətlərindən daha geniş ətraflı bir mövzudur. Həqiqətdə bu məfhum ekoloji, iqtisadi və sosial əlaqələrin bütünüdür.

Ekoturizm və qazancı

Ekoturizm eyni zamanda ictimai və mədəni aktivliyi əhatə edən bir fəaliyyətdir. Ekoturizm davamlı turizm olaraq adlandırıla bilər. Ekoturizmin ikinci önəmli meyarı olan "yerli mədəniyyətlərin davamlılığı və yerli xalqların turizm fəaliyətindən faydalanması" prinsipi isə, iki vacib məsələni əhatə edir. Birincisi, ekoturizm fəaliyyətinin sürdürüldüyü bölgənin yerli əhalisinin bu fəaliyyətdən maddi bir pay alması.

Bunu təmin etmək üçün ilk öncə, beynəlxalq böyük tur operatorlarından əlavə, ölkə hətta bölgə daxilində daha kiçin qurumların ekoturizm fəaliyyətində yer tutması vacibdir. Bu agentliklərin, tur proqramlarını qurarkən, ola bildiyi qədər tur tələbatlarını bölgədən təmin etmələri, bölgəyə maddi fayda vermələri üçün önəmli şərtdir. 

İkinci önəmli prinsip isə, bir bölgəyə turizm vasitəsiylə dəstək verilməsi, maddi və mənəvi mədəniyyət ünsürlərinin pozulmaması prinsipidir.

Ekoturizm və qazancı

Orijinal mədəniyyətlərin, əxlaqi dəyərlərin pozulmadan yaşadığı bölgələrdə, turist qruplarının bu dəyərlərə sayğılı davranması vacibdir (geyim-keçim mövzusuna önəm vermək, dini və ənənəvi dəyərlərə sayğı göstərmək, yerli yemək, içmək, əylənmək və digər adət ənənələrə uyğun davranmaq və mümkün olduqca onlara qoşulmaq və s. kimi).

Eyni zamanda gərək turizm sektoru, gərəksə də istehlakçı olaraq, yerli elementlərə uyğun olmayan modern memari tikililər yerinə, qorunmağa alınmış orijinal tikililərdə xidmət verən qonaqlama obyektlərini seçmək və dəstəkləmək lazımdır.

Artıq bütün dünyada bu ekoloji tutumu mənimsəyən agentliklər və onların turları dəstək görür və tövsiyə olunur. Hətta bu anlayışla fəaliyyət göstərən agentliklərə, xüsusi mükafatlar, sənədlər verilir.

Yer üzündəki bütün insanların bir-biriylə görüşməsi, qaynayıb qarışması və sülh içində bir yerdə olmasını təmin edən turizm fəaliyyətləri, ancaq belə bir məfhumla, var olan maddi və mənəvi dəyərlərə zərər yetirmədən davam etdirilə bilər.