Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 40 Saniye

Gənc ixtiraçı yağış suyundan elektrik enerjisi yaratdı

ABŞ prezidentin baş məsləhətçisi və prezidentin qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın müvəffəqiyyətlərindən bəhs etdi. On beş yaşlı Reyhan Camalova'nın kəşfini tərifləyərək bəhs edən İvanka "Sənin parlaq zəkan və fədakar əməyin bizi ruhlandırır" dedi.

Gənc ixtiraçı yağış suyundan elektrik enerjisi yaratdı

5 yaşından kiçik tapıntılar etməyə başlayan Reyhan Camalova 100% təqaüdlə Azərbaycanın Quba şəhərindəki İstek liseyinin 9. sinifində təhsil alır. Dərslərində uğurları ilə seçilən Reyhan sinif yoldaşlarıyla birlikdə yağış suyundan enerji istehsal edən Rainergy adını verdiyi cihazı meydana gətirmişdir. Cihaz 4 parçadan ibarətdir: yağış suyunu toplayıcı, su çəni, elektrik generatoru, batareya. Reyhanın bu kəşfi təxminən 22 vat enerji istehsal edən 22 led işığı işıqlandırır. Gənc ixtiraçı bu enerjini çoxaltmağı düşündüklərini ifadə etdi: "Bəzi ölkələrdə elektrik çox bahalıdır, biz bu kəşflə elektrik həcmini çoxaldaraq çox az pul ödəməklə daha çox elektrik ala biləcəyik." Reyhan'ın fikrinə görə dünyadakı milyardlarla litr yağış suyundan doğru faydalanılarsa ondan elektrik enerjisi kimi istifadə edilə bilərik.

Hindistanda edilən Qlobal Sahibkarlıq Sammitində iştirak edən Reyhan Camalova'nın layihəsi ilk mərhələdən müvəffəqiyyətlə keçmiş, yaxın zamanda yarımfinal və final mərhələsində təmsil olunacaqdır.

Qlobal Sahibkarlıq Sammitinin nümayəndəsi İvana Tramp gənc ixtiraçı haqqında bunları dilə gətirdi: "Reyhanın bir şüarı var: "Hər dəfə bir evi işıqlandır." Sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan bizə də ilham qaynağı verir."

Nobel mükafatını qazanmağı qarşısına məqsəd qoyan Reyhan Camalova Amerikanın məşhur riyaziyyatçısı Lütfi Əliəskər Zadə kimi kəşfləriylə iz buraxmağı hədəfləyir.

Azərbaycanca altyazılı video üçün buraya, ingiliscə video üçün buraya klikləyin.