Chingiz Baimurzaev
2 il əvvəl - 3 Dakika, 44 Saniye

İpək yolu layihəsi Türk dövlətləri üçün nə kəsb edir?

İpək yolu layihəsi 2003-cü ildə Çin lideri Şi Jinping tərəfindan təklif olundu. Layihə Çinin qurudan və dənizdən qərbə doğru yol alan iqtisadi həmləsi olaraq qiymətləndirilir. Əslində bu layihə yeni deyil. Tarix boyunca İpək yolu (Çin) və Baharat Yolu (Hind) deyə bilinən bu iki yolun marşrutu tarixdə yaşanan çeşidli hadisələrə görə dəyişdirilmiş, ya da bir qismi fasilələr vermişdir. Çinin istəyi bu ticarət yolunu modern anlamda yenidən canlandırmaqdır. İpək yolu layihəsinin dəniz yolu qanadı indilik mövzu xaricindədir. Burada bizi əsl maraqlandıran məsələ quru yolunu izləyən hissədir. Pekindən Londona qədər uzanan bu ticarət yolu əsasən Türk dövlətlərinin yer aldığı coğrafiyadan keçir. Çin bu marşrutda olan bütün ölkələri bu layihədə yer almağa dəvət etdi. Bununla bağlı müxtəlif ölkələrlə bir çox müqaviləyə imza atdı. Türkiyə də bu marşrutun kilid nöqtəsində yerləşir. Məsələn, Bakı-Tiflis-Qars dəmiryolunun istifadəsiylə birlikdə Çindən çıxan bir malın 15 gündə Avropada olacağı nəzərdə tutulur.

İpək yolu layihəsi Türk dövlətləri üçün nə kəsb edir?


Müşahidəçilər tarixdə olduğu kimi iqtisadi gücün qərbdən təkrar şərqə keçdiyini və bunun irəlidəki illərdə daha da artacağını təxmin edirlər. Güman ki, bu keçid Çin üzərindən həyata keçəcəkdir. Layihə də bunun ana təməlini meydana gətirir. Bu layihədə Türk dövlətlərinin rolu və yeri nədir, necə olmalıdır? Türk dövlətləri bundan necə təsir alacaqdır? Yuxarıda da ifadə etdiyimiz kimi, coğrafi olaraq Türk dövlətləri bu xəttin böyük bir hissəsində yer alır. Bu ölkələrin liderləri də gərək Çin ilə, gərəksə də öz aralarında çeşidli təməl layihələri imzalayaraq həyata keçirməyi planlaşdırır. Dolayısıyla, təməl xüsusunda hər hansı bir böyük əngəl görünmür. Ancaq, əsas məsələ bu marşrutda cərəyan edəcək mal gediş-gəlişinə Türk dövlətlərinin nə ölçüdə töhfəsi olacağıdır. Başqa sözlə, onların nə qədər istehsal edib ixrac edə bilməsidir. Əks halda bu ticarət yolu Çindən gələn idxal malın gəlişini sadəcə sürətləndirəcəkdir. Bu səbəblə, Türk dövlətləri qarşılıqlı iş birliyi içində, öz aralarında da ticarətin artmağı üçün böyük addımlar atmalıdır. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, Türkiyənin 2017-ci ilin 4 dekabr tarixinə qədər Türk dövlətləri ilə etdiyi 11 aylıq xarici ticarət həcmi aşağıdakı kimidir: 

       Ölkələrə görə ticarət:

       İl       Ölkə   Ölkə adı                   İxrac Dollar              İdxal Dollar

       2017  78      Azərbaycan              1.102.392.004             296.533.090

                 79      Qazaxıstan                  635.729.428           1.194.645.605.

                 80      Türkmənistan              915.772.094            348.123.158

                 81      Özbəkistan                  531.202.903            659.339.460

                 83      Qırğızıstan                  290.101.882            128.137.803

                  İllik toplamı:                     3.475.198.311          2.626.779.116

       2017 il hesabatı müvəqqətidir.

Beş ölkənin toplam həcmi Türkiyənin sadəcə Fransa ilə olan ticarət həcmindən iki qat azdır. Bu göstərici Türk dövlətlərinin xarici ticarətdə qət edəcəyi uzun bir məsafəsi olduğunu göstərir.

       Ölkələrə görə ticarət:

       İl        Ölkə   Ölkə adı                  İxrac Dollar              İdxal Dollar

       2017   1        Fransa                     5.360.024.661           6.415.407.815

                  İllik toplamı:                     5.360.024.661           6.415.407.815

       2017 il hesabatı müvəqqətidir.