Dilek Özdemir
1 il əvvəl - 1 Dakika, 56 Saniye

İpek yolunun sadiq gözətçisi "Burana qülləsi"

İpek yolunun sadiq gözətçisi "Burana qülləsi"

İslamı ilk qəbul edən Türk dövləti Qaraxanlılar, köçəri həyatdan yerləşik həyata keçən Türk boylarının meydana gətirdiyi böyük bir mədəniyyət dövlətiydi. Mənbəyini Tanrı Dağlarından alaraq səhranın içlərinə qədər uzanan Çu çayının ətrafı çox əski zamanlardan bəri Türklərin yaşadığı bir hövzəydi. Paytaxt Balasaqun bu hövzədə, 9-cu əsrin sonlarında Qaraxanlı dövləti tərəfindən qurulmuş və İpək yolu üstündə yerləşirdi. Öz dönəminin mədəniyyət, sənət, elm, riyaziyyat, astronomiya və fəlsəfəyə aid araşdırmalar aparılan əhəmiyyətli bir şəhəri idi.

Burana qülləsi Qırğızıstanın paytaxtı Bişkekin 84 km şərqində yer alan Tokmok şəhərində Çu vadisində köhnə paytaxt olan qədim Balasaqun şəhərində yerləşirdi. İpək yolu üstündə yerləşən Burana qülləsi Qaraxanlılar dönəmində həm minarə, həm də müşahidə qülləsi olaraq istifadə edilmişdir.

İpek yolunun sadiq gözətçisi "Burana qülləsi"

Burana qülləsi, əslində 11-ci əsrdə tikilən bir məscidin minarəsi idi. Orijinalı 45 metr olan minarə zəlzələlər nəticəsində zərər görmüş və sonraları əslinə uyğun təmir edilmiştir. Qırğızıstanın simvol abidələrindən biri olan, 25 metr hündürlüyündəki Burana qülləsi, 25x25x5 sm ölçüsündə palçıqdan bişirilmiş kərpiclərdən tikilmişdir. Gövdəsinin çöl divarları qabartma motivli kərpiclərlə hörülmüşdür. Qülləyə çıxmaq üçün əvvəl metal nərdivanlardan keçib, kiçik giriş qapısına çatırsınız. Buradan sadəcə bir insanın çıxa biləcəyi və enə biləcəyi nərdivanlarla qüllənin uc qisminə qədər çıxa bilirsiniz. Girişdən etibarən dolama şəklində yuxarı doğru çıxan, kərpicdən düzəldilmiş nərdivan və iki pəncərə içərini işıqlandırır. Zirvəsinə çıxanda möhtəşəm bir mənzərə göz önünə sərilir. Burana qülləsi içində sarma nərdivanlar arasında kimə aid olduğu bilinməyən bir türbə də vardır. Ayrıca ətrafda olan bütün tarixi xarabalıqlar və əl işləri nümunələri də qüllənin içində saxlanılır.