Dilek Özdemir
1 il əvvəl - 2 Dakika, 26 Saniye

İstanbulda tarix qoxuyan bir prospekt…İstiqlal

İstiqlal prospekti, İstanbulun ən qədim səmtləri arasında bilinən Beyoğlunda, Tuneldən Taksim meydanına qədər olan ərazidə yerləşir. Təxminən 1.400 metr uzunluğunda olan prospektin ilk şekillənmə dönəmi, Bizans dönəmindən sonra başlayır. Prospektin başında sağda tək mərtəbəli bir tikilidən ibarət Fransız Mədəniyyət mərkəzi və konsulluğu var. Öz dönəmində Vəba xəstəxanası olaraq tikilmiş, dolayısıyla vəba və ölümlə qarışıq bir keçmişi var. Taxtadan tikilən Fransız Vəba xəstəxanası 1600-cü ildən başlayaraq dəfələrcə təmir edilmiş, 1898-ci ildə taxta bina sökülüb yerinə hal-hazırkı dəmir-beton bina inşa edilmişdir…


İstanbulda tarix qoxuyan bir prospekt…İstiqlal


Fransız Mədəniyyət mərkəzinin altından başlayıb, Galatasaray lisesində bitən tramvay relslərinin təxminən 1-2 metr altında 2012-ci ilin ilk aylarında tapılan tarixi bir tullantı su tuneli var. Biraz daha irəlidə Ağa məscidini görəcəksiniz. Bu məscid İstiqlal prospektinin ilk müsəlman tikilisidir və biraz da faciəvi bir tarixi var. Memar Sinanın İstiqlal prospektinə dəyən bir əli var və o əl bu məscidin içindədir.. Ağa məscidinin yanında da Rumeli Han var. Hana girmədən əvvəl giriş qapısına diqqətli baxın. Çünki bu qapı, üstündə olan daş işləmələrdən əlavə adına Osmanlı dediyimiz zəngin bir tarixin də şəxsiyyət vəsiqəsidir.


İstanbulda tarix qoxuyan bir prospekt…İstiqlal


Biraz irəlidə İstiqlalın çiçək kimi pasajı sizi qarşılayır: Çiçək pasajı, çiçək kimi tarixi var bu pasajın. Və gəldik Qalatasaray meydanına. Meydana adını verən lisenin qapısı həqiqətən ovsunlayıcıdır. Qalatasaray, Qalatanın kürəyində qurulan saray mənasını verir. Meydanda polad borulardan ibarət gözəl bir heykəl var. Bu heykəl Beyoğlunun onlarca simvolundan biridir. Cumhuriyyətin 50-ci ili üçün düzəldilmiş, amma bunu aşan daha dərin anlamı var. Biraz irəlidə girişin hər zaman sərbəst olduğu bir kilsə Sent Antuan. Eyni zamanda İstanbulun ən böyük kilsəsidir. İnşası 10 böyük il sürmüşdür. Sent Antuanın tam qarşısında isə Elhamra Hanı var. Elhamra, İstiqlal prospektinin şərq qoxuyan tək tikilisidir. Az irəlidə çətin sezilən bir kilsə var. Bir Fransisken kilsəsi Santa Maria. Prospektin aşağısında ancaq 20-30 nərdivan düşərək girə bilərsiniz. Və gəlirik, İstiqlalın ən totuq, ən zidd tikilisinə. Rusların, cəsusların və sənətin yurdu Narmanlıya. Bir neçə addım sonra Tunel meydanına çatırıq və bu meydanda bizi İstanbulun ilk binalarından olan Səfəroğlu binası qarşılayır. İstanbulun ilk binaları Galata bölgəsində yüksəlməyə başladı. Çünki bu bölgə İstanbulun ticarət , finans və avrupai yaşayış tərzinin mərkəziydi.


İstanbulda tarix qoxuyan bir prospekt…İstiqlal


İstanbulun tarix qoxuyan prospektinə qısa nəfəsli bir gəzinti etdik ... Fərqli mədəniyyətlərin qarışdığı prospektdə yaşanılası və izah edilməsi lazım olan daha bir çox tikili var ...