Kamança YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan və İranın mədəniyyət nümunəsi kimi daxil edildi
2017-ci ilin 4-9 dekabrında Cənubi Koreyanın Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycanın YUNESKO-dakı təmsilçisi Anar Kərimov Kamança sənətinin Azərbaycan mədəniyyətində önəmli yerlərdən birini tutduğunu, Azərbaycan sərhədlərini aşaraq daha geniş coğrafiyanı əhatə etdiyini qeyd etdi, nominasiya faylının birlikdə verilməsində göstərilən dəstəyə görə İran tərəfinə təşəkkürünü bildirdi. O, bununla yanaşı faylın İranla birlikdə təqdim edilməsinin Azərbaycan mədəniyyətinin paylaşma ruhuna uyğun olduğunu və Azərbaycanın mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi olduğunu əlavə etdi.
Mənbə: www.medeniyyet.info