Kənd Məktəbləri Teatrla Tanış Olur
Sakaryada Kocaali Anadolu Lisəsinin şagirdləri hazırladıqları teatr oyunlarını kənd məktəblərinə daşıyır.

Sakaryanın Kocaali rayonundakı Anadolu Lisəsinin şagirdləri, qurduqları teatr klubu vasitəsiylə, həyatında heç haçan teatr görməmiş kənd məktəbi şagirdləriylə görüşərək, onlara tamaşalarını göstərirlər.
Müəllimlərinin dəstəyiylə kənd məktəblərinə gedən 11 nəfərlik qrup, 6 kənddə "Yasəmən Mikroblara Qarşı" və "Heyvanlar Dilə Gəlsə" adlı oyunlarını səhnələşdirdi.
Tamaşalardan birinin heyvan haqqlarına, digərinin isə qidalanma və mikroblardan qorunma mövzularına toxunduğunu bildirən Kocaali Anadolu Lisəsi müdir müavini və alman dili müəllimi Fulsen Kılıçerli, uşaqların teatra tamaşa edərkən hiss etdikləri xoşbəxtlik və həyəcanın bütün sıxıntılara dəydiyini ifadə etdi.
Mənbə: AA