"Koroğlu" Adlı İlk Milli Komiks Hazırlandı
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə "İRS cizgi" yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasından Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü "İRS cizgi" komandasının hazırladığı "Koroğlu" komiksinin Azərbaycanda bu sahədə ilk uğurlu layihə olduğunu bildirib. Qeyd edib ki, komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında, dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanıb.
Mərkəzi Elmi Kitabxananın əməkdaşı Renat Cəfərov komiksin mahiyyəti haqqında danışaraq bu işin ilk olaraq ABŞ-da başladığını və bütün dünyaya yayıldığını vurğulayıb.
Mənbə: www.report.az