Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 10 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Laboratoriyada Yaradılan Ağciyərlər İnsan Həyatını Xilas Edə Bilər

Elm adamları ilk dəfə laboratoriya şəraitində ağciyər istehsalında uğur əldə edib. İstehsal edilən ağciyər sayəsində insan həyatı da xilas edilə biləcək.

Laboratoriyada Yaradılan Ağciyərlər İnsan Həyatını Xilas Edə Bilər

Science News-un verdiyi məlumata görə donuza ağciyər transplantasiyasından sonra o daha bir neçə həftə yaşaya bilib. Daha əvvəlki cəhdlər isə uğursuz olmuş və gəmiriciyə köçürülən orqan bir neçə saat içində fəaliyyətini durdurmuşdu. Bu dəfə orqan köçürülməsi 4 donuzun sol ağciyərlərinin yerinə yerləşdirildi və 10 saat, 2 həftə, 1 ay və 2 ay müddətində yaşaya bildilər. Əməliyyatdan sonra daha iki aya qədər yaşaya bilən donuzun nəfəsalma sistemində heç bir problem görünmədi. Eyni zamanda normal ağciyərə sahib donuzların ağciyərlərində olan bakteriyaların süni ağciyərə də yerləşdiyi görüldü. Bu da süni ağciyərin inkişafının normal və vücuda uyğun şəkildə olduğuna işarədir.

Əgər laboratoriya şəraitində yaradılan ağciyərlər insanlara da köçürülsə, hər bir kəsin öz toxumalarından orqan yaradılacaq və bu da çox sayda insanın həyatını xilas edəcək. Orqan 30 gün içində bioreaktor tankında yaradılır. Araşdırmanın bir sonrakı mərhələsində pulmoner arteriyanın (qanı ürəkdən ağciyərlərə daşıyan qan damarları) yaradılması planlanlaşdırılır.

Mənbə: Science News