Yücel Tanay
8 ay əvvəl - 3 Dakika, 4 Saniye

Şərqi Türküstan Azadlıq Hərəkatının Əfsanəvi Liderlərindən Altay Qartalı Osman Batur

Şərqi Türküstanın azadlığı üçün savaşmış mübariz lider, azadlıq savaşçısı Osman İslamoğlu Altay qazaxlarındadır. XX əsrin ilk yarısında çinlilər və ruslara qarşı azadlıq uğrunda vuruşmuş və 1951-ci ildə çinlilər tərəfindən edam edilmişdir.

Şərqi Türküstan Azadlıq Hərəkatının Əfsanəvi Liderlərindən Altay Qartalı Osman Batur


Həyat hekayəsi

Əsl adı Osman İslamoğludur. “Batur” ona qəhrəman, cəsur anlamında millətinin verdiyi bir ünvandır. 1899-cu ildə Altayın Köktogay bölgəsində Öngdirkara qəsəbəsində doğulmuşdur. Altay qazaxlarından orta səviyyəli bir cütçü olan İslâm Bəyin oğludur. Köçəri qazax həyatını yaşayaraq böyüdü. 10 yaşından öncə yaxşı bir çapar və usta bir ovçu olan Osman Batur, savaş sənətinin incəliklərini 12 yaşında xidmətinə girdiyi qazax türklərindən olan Böke Baturdan öyrənmişdir. Böke Baturun çinlilərə məğlub olmasından sonra, Böke Baturun Tibet üzərindən Türkiyəyə getməyə çalışarkən tutulup başının kəsilməsinin ardından doğulduğu yerdə 40 yaşına qədər cütcülüklə məşğul oldu. 1940-cı ildə çin idarəsinin təzyiqləri arttırmasıyla silahını alaraq tək başına dağa çıxdı. Tək başına başladığı mübarizəni 29 aprel 1951-ci ildə Urumçidə edam edilənədək apardı.

Mübarizəsi

1911-ci ildə çinlilərə və ruslara qarşı mübarizəyə başlayan Osman Batur bütün Altay torpaqlarının və Şərqi Türküstanın çinlilərdən və ruslardan qurtulmasını qarşısına məqsəd qoymuşdu. II Dünya Müharibəsi illərində Şərqi Türküstan torpaqlarındakı türklərə olan təzyiqlərin çoxalmasıyla birlikdə əkscavab hərəkatları da qüvvət qazanmış və Osman Baturun yüksəlməsinə zəmin hazırlamışdı.

Altayları çinlilərdən təmizləməyə başlayan Osman Batur, 1943-cü ildə məqsədinə çatmış kimi görünürdü. 22 iyul 1943-cü ildə Bulgunda təşkil edilən mərasimlə Osman Batur Altay qazaxlarının Xanı elan edildi. 1945-ci ildə Şərqi Türküstanda bir neçə şəhər xaricində kontrol türklərin əlinə keçmişdi. Vəziyyət çinlilər üçün artıq dözülməz və təhlükəli bir hal alınca çin ordusu bölgəyə sərt və yoğun əməliyyatlar tətbiq etdi. Targabatay və Altaydan çıxarılan Osman Batur mübarizəyə otuz min adamla başlasa da, 1950-ci ilə gələndə bu say təxminən dört min idi. Alibek Hakim və silah dostlarının mübarizəsi də vardı.

1951-ci ildə Kanambalda sıxışdırılan Osman Batur əsir düşdü və Urumçiyə aparıldı.

Osman Batur, xalq arasında dolaşdırılaraq nümayiş etdirildi və 29 aprel 1951-ci ildə əlləri və ayaqları kəsildikdən sonra güllələnərək şəhid edildi. Osman Baturun şəhit edilməsindən sonra uşaqları da qorxunc şəkildə işgəncə ilə öldürüldü.

Şərqi Türküstan Azadlıq Hərəkatının Əfsanəvi Liderlərindən Altay Qartalı Osman Batur


Övladlarına edilən bu zülmə, işgəncəyə və soyqırıma dözə bilməyən Mamey Hatun ağlını itirdi və hadisə yerinin yaxınlığında yerləşən çayın köpürərək axan azğın sularına özünü atdı.

Şərqi Türküstan türkləri Osman Baturun şəhid edildiyi 1951-ci il, 29 aprel gününə “Günəşin söndüyü gün” deyirlər, amma həqiqətdə isə o günəş əvvəlkindən daha güclü yanır.

Çinlilər hər zülmü etdi, amma Osman Baturun, xalqının ürəyində yandırdığı azadlıq atəşini söndürə bilmədi! Onun adı bu gün belə Pekin rəhbərliyini titrədir!

Bu gün şəhidlik ildönümündə bir daha Altay qartalını sayğıyla anırıq.

Ruhu şad, məkanı uçmaq olsun.