Milli İsveç Küftəsi Türk Küftəsi Çıxdı
Milli İsveç küftəsi əslində Türk küftəsi imiş.
İsveç hökuməti Ikea mağazasında satılan məşhur İsveç küftəsinin əslində türk küftəsi olduğunu etiraf edib: "İsveç küftəsi əslində 18-ci əsrdə kral XII Karlın Türkiyədən gətirdiyi resept əsasında hazırlanır. Gəlin faktları qəbul edək."

Guardian yazır ki, “Karl ömrünün 6 ilini sürgündə, müasir Türkiyənin ərazisində keçirmək məcburiyyətində qalmışdı. Sürgün ikən Karl vaxtını hədər keçirməyib. Kral yerli mətbəxi çox bəyənmişdi və vətəninə qayıdarkən özü ilə isveçcə “köttbullar” adlanan küftədən başqa, həm də bu gün İsveçdə çox populyar olan və isveçcə “kåldolmar” kimi tanınan kələm dolmasının reseptini gətirmişdi.”

Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Serdar Çam buna qarşı daha sərt danışıb. O deyib ki, İsveç Ikea mağazalarında hər gün 2 milyon küftənin isveç küftəsi adı ilə satılmasına yol verməməli idi.
Mənbə: azadliq.org