Chingiz Baimurzaev
9 ay əvvəl - 1 Dakika, 32 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Mıxsız Tikilən Məbəd: İbrahim Hacı Məscidi

Qırğızıstanın İssıkkul bölgəsinə bağlı Karakol şəhərində 1907-1910-cu illər arasında inşa edilən məscid, ölkənin tarixi əsərləri arasında öz yerini tutur. Xalq arasında Dunqan Məscidi olaraq bilinən məbəd İbrahim Hacının təşəbbüsü və yardımıyla tikilmişdir. Bu gün də məscid rəsmi olaraq onun adını daşıyır.

Mıxsız Tikilən Məbəd: İbrahim Hacı Məscidi

Dunqanlar (Çin kökənli müsəlmanlar) uğursuz nəticələnən “Dunqan üsyanı” nəticəsində 1877-ci ildə Çindən qaçaraq Karakol şəhərinə sığınmışdılar. Özü də bir dunqan olan İbrahim Hacı özüylə eyni dönəmdə yaşamış dunqanlar arasında Maa-Hacı olaraq tanınır və əsl adı Ma Yu Tondur. Ma Yu Ton yerləşdikləri yeni vətənlərindəki məscid ehtiyacına görə, məscidin inşaatı üçün pekinli məşhur memar Çjou-Sı və 20 dülgəri bölgəyə dəvət etmişdi. Çindən gələn ustalarla birlikdə bir çox yerli ustanın da işlədiyi məscidin inşaatı 1907-ci ildə başlayıb eyni ildə tamamlanmışdır.

Mıxsız Tikilən Məbəd: İbrahim Hacı Məscidi

Özünəxas memarlıq xüsusiyyətləri olan məscidin ən böyük özəlliyi heç bir mıx və ya metal istifadə edilmədən sadəcə taxtadan (Tyan-Şan küknarı, qarağac, qovaq və qoz ağacları) inşa edilməsidir. Məbədin gövdəsi 42 dirəkdən ibarətdir. Qədim Çin memarlığını xatırladan qatbaqat çadırlarında isə armud, üzüm, ərik və bənzəri meyvələr təsvir edilmişdir.

Mıxsız Tikilən Məbəd: İbrahim Hacı Məscidi

Sovet dönəminin təzyiq və ideologiyasının çox güclü olduğu dönəmlərdə, 1929-1947-ci illər arasında məscid depoya çevrilmişdir. 1947-cu ildə təkrarən məscid kimi istifadə edilmişdir. Bu gün də aktif olaraq istifadə edilən məscid eyni zamanda turistlərin də çox ziyarət etdiyi məkanlardan biridir.