Türkan Hüseynova
10 ay əvvəl - 38 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Moskvada “Azərbaycanlılar” Adlı Kitab Çap Edildi

Moskvada “Xalqlar və mədəniyyətlər” etnoloji külliyatının “Azərbaycanlılar” adlı cildi nəşr edildi.

Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnologiya İnstitunun əməkdaşlarının iştirakı ilə Azərbaycanlı etnoloq və tarixçi mütəxəssislər tərəfindən çapa hazırlanan bu kitab, Moskvada “Nauka” nəşriyyatı tərəfindən 1400 tirajla çap edildi.

Kitabda etnoloji tədqiqatlara yer verilmiş və fotomateriallar və xəritələrlə zənginləşdirilmişdir.


Moskvada “Azərbaycanlılar” Adlı Kitab Çap Edildi


Bu cilddə Azərbaycanlıların tarixi, coğrafi və mədəni yönləri, əkinçilik fəaliyyətləri və xalq adət-ənənələrinə aid məlumatlar verilmişdir. Ciltdə eyni zamanda azərbaycanlıların İslamdan öncəki ənənəvi xalq inancları, dinləriylə əlaqəli məlumatlar da yer almışdır. 

Mənbə: www.xalqcebhesi.az