Türkan Hüseynova
1 il əvvəl - 5 Dakika, 39 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Müstəqil beş türk respublikasının paytaxtları və qısa tarixləri

Bakı Xəzər dənizinin qərbində yerləşən Azərbaycanın paytaxtıdır. Abşeron yarımadasında yerləşən şəhər, Qafqazın ən böyük şəhəri, ən önəmli ticarət və mədəniyyət mərkəzidir. Ölkənin şərqindəki ən əhəmiyyətli sənaye mərkəzi olan Bakı limanı Xəzər dənizinin əsas limanıdır. Şəhərin yaşı və quruluş tarixi bilinməsə də arxeoloji qazıntılar buranın əski yaşayış yeri olduğunu təsdiqləyir. Şəhərdə yaşayanların böyük çoxluğunu azərbaycanlılar (türklər) təşkil edir. 2014-cü il məlumatlarına görə əhalisinin sayı 2.181.800-dür, yəni Azərbaycan xalqının 3-də biri Bakıda yaşayır. 1647-ci il Övliya Çələbi Bakıya gəlmiş, Bakıdakı neft mədənləri, neftin çeşidli rənglərdə çıxarıldığını, onun İran, Mərkəzi Asya, Türkiyə və Hindistana ixrac edildiyini və əldə edilən gəlir haqqında məlumat vermişdir. Tarixin çeşidli dövürlərində Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. İlk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuşdur. Bakıda 20-dən çox muzey, qalereya, mədəniyyət sarayı fəaliyyət göstərir, 10-dan çox universitet yerləşir. Şirvanşahlar sarayı, Qız qalası, Qoşa Qala qapısı, İçərişəhər Bakının ən qədim və gəzilməli tikililərindəndir.


Müstəqil beş türk respublikasının paytaxtları və qısa tarixləri


Orta Asiyanın əhali baxımından ən dolu şəhəri olan Daşkənd köhnə sovet məkanında Moskva, Sankt-Peterburq, Kiyevdən sonra 4-cü böyük şəhərdir. İslam və əski türk mədəniyyəti memarlığını özündə birləşdirən özbək memarlıq nümunələrini Daşkənddəki Kukeldaş mədrəsəsi, Barak Xan mədrəsəsi, Hz. İmam Məscidində (Cümə məscidi) görə bilərik. 2006-cı il əhali sayısına görə Daşkəndin əhalisi 2.700.000-dir. Tarixi qaynaqlarda Çaç, Şaş, Şaşkent, Tünkent, Binkent adlarıyla xatırlanan şəhər XI əsrdə Biruni və Kaşğarlı Mahmudun yazılı mətinlərində Daşkənd adıyla qeyd edilmişdir. Samanilər, Qaraxanlılar, Qarakitaylıların torpaqları içində yerləşən Daşkənd XIV ərsdə Əmir Teymur tərəfindən ələ keçirilərək imperatorluğun önəmli mərkəzlərindən biri olmuşdur. Daha sonra Buxara və Hokand hanlığına qoşulan şəhər 1865-ci ildə Rusiyanın Türkistan Ümumi Quberniyasının mərkəzi, 1918-ci ildə Türkistan Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. Orta Asiyada ilk və hələ də tək metro olan Daşkənd metrosu 1977-ci ildə xalqın xidmətinə verildi. Daşkənddə Memar Məscidi, Zangiota Məscidi, Teymurlular tarixi muzeyi, Müstəqillik meydanı əsas gəzilməli yerlər arasındadır. Daşkənddə ölkənin ən böyük universitetləri fəaliyyət göstərir, mədəniyyət, sənət mərkəzləri, muzeylər vardır.


Müstəqil beş türk respublikasının paytaxtları və qısa tarixləri


Bişkek Qırğızıstanın şimalında, Qazaxıstan sərhəddində yerləşir. 1862-ci ildə bölgəni ələ keçirən ruslar tərəfindən Pişkek olaraq adlandırılan Bişkek şəhəri Sovetlər dönəmində bolşevik əsgəri Mixail Frunzenin şərəfinə Frunze kimi adlandırılmış (1926-1991), müstəqillikdən sonra şəhər yenidən Bişkek adını almışdır. Uzun vaxt ərzində minarə kimi fəaliyyət göstərən IX əsrdən qalma Burana qülləsi görülməli tarixi tikililər sırasındadır. Şəhərdə iyul ayında +42 dərəcə olan istilik, qışda -7 dərəcəyə qədər düşə bilir. Şəhəri əhatə edən saysız kiçik parklar günü birlik gəzilər üçün ideal sayılır. Rus, ukraynalı, qazax, özbək, tatar, alman, donqan, uyğurlardan ibarət şəhər əhalisinin çoxunu qırğızlar təşkil edir. 2012-ci il məlumatlarına əsasən şəhər əhalisinin sayı 874.400-dür. Ölkənin önəmli elm mərkəzləri, muzey və sənət evləri, universitetlərin haradasa hamısı, fabriklər Bişkekdə yerləşir.


Müstəqil beş türk respublikasının paytaxtları və qısa tarixləri


Qazax Türkçəsində paytaxt mənası verən Astana 750.000 əhalisiylə Qazaxıstanın paytaxtı və 2-ci böyük şəhəridir. Astana şəhəri XIX əsrin 30-cu illərində İşim çayının sahilində qala məqsədiylə qurulmuşdur. Şəhər əski dövrlərdə Akmolinsk (Çarlıq Rusiyası dönəmi), 1961-ci ildən 1992-yə qədər Akmola (Sovetlər Birliyi), 1992-dən 1998-ə qədər Çelinoqrad olaraq adlandırılmışdır. 1991-ci ildə müstəqillikdən sonra Qazaxıstanın şimalında yaşayan Rus etnik qruplarının baş qaldırmasıyla Qazaxıstanın paytaxtı ölkənin cənubunda yerləşən Almatıdan Qazaxıstanın şimalında yerləşən Astanaya daşındı. Beləcə Astana şəhəri 1997-ci il 10 dekabr tarixindən Qazaxıstanın paytaxtıdır. 1999-cu ildə YUNESKO tərəfindən “Dünyanın şəhəri” ünvanını alan Astananı İşim çayı ikiyə bölür: sağ tərəfində əski şəhər, sol qismində isə böyük modern binalarıyla, yeni inşa edilmiş məscid, əyləncə mərkəzləri, fərqli memarlıq üslublarına sahib tikililəriylə yeni şəhər yer alır. Göy qübbəli Mərkəz Məscidi, teleferiklə çıxılan Köktöbe, açıq mavi rəngli Böyük Almatı gölü, yüksəkliyi 105 metr olan və şəhərin rəmzinə çevrilmiş Bayterek abidəsi şəhərin gəziləcək yerlərindəndir. Astanada dörd universitet, filarmoniya, muzey, teatr və kitabxanalar fəaliyyət göstərir.


Müstəqil beş türk respublikasının paytaxtları və qısa tarixləri


1881-ci ildə qurulan Aşqabad şəhəri haradasa tamamıyla Qaraqum çölündə yerləşən Türkmənistanın bir vahəsi yerindədir. İran sərhədinə yaxın, Kopet dağı ətəklərində yerləşən şəhər Türkmənistanın Ahal vilayətində yerləşir. Tarixçilər köhnə Aşqabadın ən az 8 min yaşı olduğunu və şəhərin heç bir zaman boş olmadığını bildirir. Şəhərin 1962-ci ildə dünyanın ən uzun su kanallarından biri olan və Amudərya çayıyla bağlanan Qaraqum kanalına bağlantısı gerçəkləşmişdir. Şəhər, hal-hazırda Türkmənistanın şüşə işləri, iplik fabrikləri, ipək fabrikləri və b. olmaqla 50-dən çox fabrikə sahib sənaye şəhəridir. Özbək, azərbaycanlı, rus, erməni etnikləriylə birlikdə böyük çoxluğu türkmənlərin təşkil etdiyi şəhərin əhalisi 2004-cü il məlumatına görə 773.400-dür. Ərtoğrul Qazi Məscidi və Bitərəflik abidəsi, Aşqabad mərkəzinə 3-4 saat uzaqlıqda olan Darvazadakı alov çuxuru - Cəhənnəm qapısı görülməyə dəyər məkanlardan biridir. Paytaxtda dörd teatr binası, kinoteatr salonları, muzeylər, doqquz kollec, universitetlər fəaliyyət göstərir. 


Müstəqil beş türk respublikasının paytaxtları və qısa tarixləri