Dr. Atasağun
1 il əvvəl - 1 Dakika, 53 Saniye

Müstəqillikdən sonra qazax türklərinin öz milli və dini kimliklərinə sahib çıxma mücadiləsi

Müstəqillikdən sonra qazax türklərinin öz milli və dini kimliklərinə sahib çıxma mücadiləsi

Müstəqillikdən sonra Qazaxıstan özünü Türk və müsəlman kimliyinə sahib dövlət kimi tanıtmaya başladı. Qazaxıstanın Türkiyənin başlatdığı Türk Dövlət Başçıları Zirvəsinə qatılmağı və İslam Əməkdaşlığı Təşkilatına üzv olmağı bunun isbatıdır. Amma qazax kimliyinin yaranmasında türklük, sovet dönəmindəki dinsizlikdən dolayı və islam aləminin ucqar köşəsində yerləşməsi səbəbiylə islamdan qabağa keçmişdir. Məsələn, Qazaxıstanın cənub qonşuları islamın rəmzi olan ayparanı bayraqlarına həkk edəndə, Qazaxıstan, tanrılığın simvolu olan günəşi və göy üzünün rəngi göy mavisini bayrağına əks etdi.

Qazaxıstanda türklük şüuru qazaxlıq şüurundan keçir. Şimalınızda pantürkizm kabusundan titrəyən Rusiya kimi bir nəhəng varsa və xalqınızın bir hissəsini slavyanlar təşkil edirsə rəsmi şəkildə türklükdən bəhs edə bilməzsiniz.

İnsanın öz kimliyini tanıması, atalarını tanımasından keçdiyi üçün məktəblərdə Qazaxıstan tarixi tədris edilməyə başlandı. Əvvəllər sovet dönəmində də məktəblərdə Qazaxıstan tarixi adında bir ders vardı, ancaq kitabı çox nazik idi və içində də əsasən qazaxların hür iradəsiylə Çarlıq Rusiyasının hakimiyyətini qəbul etdikləri yazılmışdı. Günümüzdə üniversitetlərdə bütün ixtisaslarda birinci kursda Qazaxıstan tarixi məcburi dərs olaraq keçirilir. Bu dərs sayəsində qazax gəncləri atalarının keçdiyi yollardan keçərək şəxsiyyət anlayışlarını gücləndirir, kim olduqlarını, haradan gəldiklərini, dünyanın hansı yerində durduqlarını öyrənirlər.

Müsəlmanlıq kimliyinə gəlincə isə, Qazaxıstanda başqa dinlərə mənsub xalqın yaşamasından dolayı məktəblərdə islamdan bəhs edən hər hansı bir dərs keçirilmir. Adətən tətillərdə qazax ailələri uşaqlarını məscidə göndərirlər. Qazaxıstanda Din İşləri Nazirliyi qurulmuşdur və bu nazirlik imam yetişdirmək və islamla bağlı xalqı məlumatlandırmaq vəzifəsi daşıyır. Qazaxların dinə olan marağı getdikcə güclənir və məscid sayı hər il artır. 

Mənbə: Dinmuhammed Ametbekin 11 iyun 2014-cü il müsahibəsi.