Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika
traz
en
kk
ky
uz
ru
tk

Nizami Gəncəvi adına Elmi Mərkəz Oksford Universitetində yüksək status aldı

2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi movcüdluğu haqqında müqavilə imzalanmışdır.

İmzalanma mərasimi may ayının 23-də Oksford Universitetin Klarendon Kollecində keçirildi. Müqaviləni Oksford Universiteti tərəfindən Universitetin vitse-kansleri professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva imzaladı.

Nizami Gəncəvi adına Elmi Mərkəz Oksford Universitetində yüksək status aldı

İmzalanmış müqaviləyə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz olaraq, Universitetin ayrılmaz bir hissəsi kimi, daimi fəaliyyət göstərəcək.

İmzalanmış müqavilənin bəndlərindən birində Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi qeydə alınıb. 

Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin dəstəyi ilə mərkəzin fəlsəfə doktoru proqramı üzrə hazırlıq keçən tədqiqatçıları, tələbələr və kənardan dəvət olunan araşdırmaçılar üçün xüsusi bir oxu zalı da yaradılacaq.

Mənbə: publika.az