Burak GÜRAN
11 ay əvvəl - 47 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Novi Pazar Şəhərində Osmanlı Musiqisindən Əsintilər

Serbiyada boşnakların sıx yaşadığı Novi Pazarda, Belqrad Yunus Əmrə İnstitutu və Novi Pazar Mədəniyyət Mərkəzinin əməkdaşlığıyla "Osmanlı Musiqisindən Əsintilər" konserti təşkil edildi.

Novi Pazar Şəhərində Osmanlı Musiqisindən Əsintilər

Belqrad Yunus Əmrə İnstitutu müdiri Fahri Akdoğan tədbirdə, Osmanlı nəğmələriylə yanaşı səhnələnən ilahilər, mehtər marşı və səmazən tamaşasıyla Novi Pazarlıların daha öncə görmədikləri bir proqramı seyr etmə şansına sahib olduqlarını, bu tərz tədbirlərin Serbiya və Balkan yarımadasında davam edəcəyini söylədi.

Osmanlı musiqisi və xalqını izah edən konsert üçün beş ay hazırlaşdıqlarını bildirən Türk sənətçi Murat Eroğlu da, "Qardaşlıq və dostluq əlaqələrimiz yüz illər əvvələ dayanır. Arzu edirəm ki, belə də davam edər” dedi.

Tədbir tamaşaçıların böyük rəğbətiylə sona çatdı.