"Ortaq Türk Ədəbiyyatı" Dərsi Tədris Proqramında
Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Konseyinə (Türk Konseyi) üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) ədəbiyyat mütəxəssisləri, "Ortaq Türk Ədəbiyyatı" dərsinin tədris proqramı haqqında razılaşdı.

Astanada Sülh və Razılaşma Sarayında keçirilən toplantının açılışında, Beynəlxalq Türk Akademiyasının sədri Darhan Kıdırali, "Ortaq Türk Tarixi" dərs kitabından sonra sıranın "Ortaq Türk Ədəbiyyatı" dərs kitabına gəldiyini söylədi.
Toplantıya qatılan Qırğızıstan-Türkiyə Manas Universiteti Şərq Dilləri bölməsinin başqanı Prof. Dr. İbrayimov, "Ortaq Türk Tarixi", "Ortaq Türk Ədəbiyyatı" və "Ortaq Türk Coğrafiyası" kitablarının məktəb və universitetlərdə oxudulmasının Türk dünyası üçün önəmindən bəhs etdi.
Dərs kitabının Türk Konseyinə üzv dövlətlərin Milli Təhsil nazirləri tərəfindən təsdiq edilməsindən sonra hazırlanması planlaşdırılır. Gələcək illərdə Ortaq Türk Coğrafiyası dərs kitabı layihəsinin gerçəkləşməsi də nəzərdə tutulur.
Mənbə: www.aa.com.tr