"Ortaq Türk Tarixi" Yeni Təhsil İlində Məktəblərdə Öyrədiləcək
Türkdilli ölkələrin şagirdləri üçün ortaq dərsliklər hazırlanır. Bu dərs ilindən etibarən isə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın orta məktəb və liseylərində artıq hazır olan "Ortaq Türk Tarixi" fənni seçməli dərs olaraq öyrədiləcək.

Xəbəri verən Türk Akademiyasının daimi katibi Asxat Keşikbayev, Türkdilli ölkələrin dövlət başçılarının təlimatlarına əsasən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin orta məktəb şagirdləri üçün "Ortaq Türk Tarixi" dərsliyinin proqramının hazırlandığını bildirdi.
Hal-hazırda Beynəlxalq Türk Akademiyası XV-XXI əsrləri əhatə edən "Ortaq Türk Tarixi" dərsliyinin proqramını hazırlayır.
Keşikbayev, "Ortaq Türk Ədəbiyyatı", "Ortaq Türk Coğrafiyası", "Atalar Mirası" dərs layihələriylə bağlı işlərin davam etdirildiyini və "Atalar Mirası" ensiklopediyasının artıq onlayn rejimde işlək olduğunu vurğuladı.
Mənbə: trend.az