Türkan Hüseynova
7 ay əvvəl - 1 Dakika, 43 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Piano Dərsləri Xarici Dil Öyrənməkdə Uşaqlara Kömək Olur

Xarici dilin öyrənilməsində uşaqlara piano dərsləri kömək edir. 

Massaçusets Texnologiya Universitetinin (MIT) McGovern Beyin Araşdırmaları İnstitutu piano dərsləri sayəsində uşaqların səs tonlarını daha yaxşı ayıra bildiklərini açıqladı. Bu da uşaqlara xarici dil öyrənməkdə çox kömək olur. 

Piano Dərsləri Xarici Dil Öyrənməkdə Uşaqlara Kömək Olur

İnstitutun müdiri Robert Desimone, musiqiylə məşğul olan uşaqların hamısının riyaziyyat kimi digər zehni yetənəklərə sahib olmasının imkansız olduğunu bildirərək, onların səs-küylü məkanlarda sözləri yaxşı ayırdıqlarını, xüsusilə  samit səsləri yaxşı seçmə yetənəyinə sahib olduqlarını bildirdi.

Hazırlanan anketlər göstərir ki, incəsənətlə məşğul olan insanların əksinə, musiqiçilər, həm oxumada, həm də insan səslərini ayırd etməkdə güclüdürlər.

MIT-in elm adamları, Pekindəki məktəblərin birində 4-5 yaş arası 74 uşağı əhatə edən bir araşdırma apardılar. Üç qrupa ayrılan uşaqların 1-ci qrupu həftədə üç dəfə olmaqla 45 dəqiqə boyunca piano çalmağı öyrəndi, 2-ci qrup üçün əlavə oxuma dərsləri keçirildi və son qrup heç bir şey etmədi. Altı ay sonra uşaqlar test edilərkən piano çalmağı öyrənənlərdə sözlərin səs quruluşuna dair qavrayışlarının daha güclü olduğu ortaya çıxdı və bu şüurlu oxuma bacarıqlarının yaranmasında önəmlidir.

Ümumilikdə, ilk iki qrup əlavə təlim almadan qalan uşaqlardan daha müvəffəqiyyətliydi. Araşdırmaçılar bundan əlavə beyin hüceyrəsi fəaliyyətində dəyişiklikləri müəyyən etmək üçün elektroensefalografi (EEG) kimi bir metod istifadə etmişdilər. Musiqiylə məşğul olan uşaqların fərqli templərdəki səs tonlarına daha kəskin reaksiya verdikləri, beləcə sözləri ayırd etdikləri bilindi.

Gələcəkdə, elm adamları nevroloji dəyişmələrə diqqət yetirməyi planlaşdırırlar. Bunun üçün intensiv musiqi təlimi əvvəli və sonrasında EEG testləri ediləcək.

Mənbə: orient.tm