Polşa, Azərbaycandan Çinə qədər Yeni Dəmir Yolunu Test Edir
Polşanın "PKP LHS" şirkəti Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazisindən keçərək Çinə yeni marşrutun sınağına başlayıb.
Polşanın Nəqliyyat Strategiyaları Mərkəzi Ukraynadan Çinə qədər beynəlxalq dəmir yolu xəttinin test edildiyini xəbər verdi. "PKP LHS" şirkətinin rəhbəri dəniz yolundan daha qısa və hava nəqliyyatından daha ucuz marşrutu işə saldıqlarını bildirdi. Sınaq konteyneri Polşa, Ukrayna, Gürcüstan, Qazaxıstandan keçməklə Çinə çatacaq.

Sınaq konteynerinin yola salınması Avstriyanın "Far East Land Bridge" şirkətinin əməkdaşlığı ilə həyata keçirildi.
Mənbə: trend.az