Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 25 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Qarabağ qaziləri və şəhid ailələri üçün müalicə Liv Hospitalda pulsuz olacaq


Azərbaycan Mill Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi, Milli Məclisin deputatı Məlahət İbrahimqızının təşəbbüsü ilə bir qrup deputat İstanbula səfər edib. Səfərin məqsədi Türkiyənin məşhur İstinye Universiteti və Liv Hospital ilə tanışlıq, tibb sahəsində qanunvericiliyin daha yaxından öyrənilməsi, xüsusilə özəl sektorda tibbi sığortanın tədqiqi ilə bağlı mexanizmin öyrənilməsidir. 

Universitetin prorektoru Erdal Karaöz Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti ilə görüşlər keçirdiklərini, hazırda digər universitetlərlə də görüşlərin nəzərdə tutulduğunu bildirdi,  İstinye Universitetində müasir dünya üçün çox əhəmiyyətli olan tibbi mühəndislik adlı yeni fakültənin də fəaliyyət göstərdiyini əlavə etdi. 


Qarabağ qaziləri və şəhid ailələri üçün müalicə Liv Hospitalda pulsuz olacaq


Görüşdə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı çox maraqlı təkliflə çıxış edərək: “Bizim müharibə zamanı sağlamlıqlarına ciddi ziyan dəymiş qazilərimiz və şəhid ailələrimiz var. Çox yaxşı olardı ki, Liv Hospitalda onlara ödənişsiz xidmət göstərilsin” deyib. Hospitalın müdiri Meri İstiroti təklifi böyük hörmətlə qarşılayıb və söz verib ki, bu məsələyə diqqət ayrılacaq: 

“Liv Hospital Azərbaycanda müalicəsi çətin olan Qarabağ qazisi, şəhid ailəsi üçün öz imkanlarını pulsuz açacaq. Biz azərbaycanlıları öz həmvətəndaşlarımız hesab edirik və bu məsələni nəzərdə saxlamaq borcumuzdur”.

Azərbaycanlı tələbələr sadəcə attestatla (attestat qiymətlərinə görə) İstinye Universitetinə qəbul ola biləcəklər.

Mənbə: www.publika.az