Dilek Özdemir
2 il əvvəl - 48 Saniye

Qazaxıstan 2024-cü ilə qədər təbii qaz və neft sahəsində 8 milyard dollarlıq yatırım həyata keçirəcək

Qazaxıstan 2024-cü ilə qədər təbii qaz və neft sahəsində 8 milyard dollarlıq yatırım həyata keçirəcək

Qazaxıstan təbii qaz və neft məhsulları sahəsində 2024-cü ilə qədər 8 milyard dollarlıq yatırım həyata keçirəcəkdir.

Qazaxıstan Energetika Nazirliyindən verilən açıqlamada, ölkədə 3,4 trilyon kubmetr istehsal edilə bilən ümumi 7 trilyon kubmetr təbii qaz ehtiyatı olduğu bildirildi.

Təbii qaz istehsalının neft istehsalıyla paralel davam edildiyini bildirən açıqlamada deyilir: “Qazaxıstan təbii qaz istehsalının 70%-i ABŞ, Çin, Rusiya və Avropa ölkələrindən olan yatırımçılarla birlikdə həyata keçirilir. Bu ölkələri böyük beynəlxalq şirkətlər təmsil edir.” 

Keçən il 46,4 milyard kubmetr olan təbii qaz istehsalının, bu il sonunda 48 milyard kubmetrə çatdırılacağını bildirən açıqlamada, sektora 2024-cü ilə qədər xarici şirkətlərlə birlikdə ümumi 8 milyard dollar yatırım planlanlaşdırıldığı qeyd olunur.

Açıqlamada yatırım planında ümumi 1,3 milyon ton polimer məhsul həcmi olan iki neftkimya layihəsinin yer alacağı da xəbər verilir.