Sevde Kalafat
1 il əvvəl - 1 Dakika, 35 Saniye

Qazaxıstan latın əlifbasına keçir

Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev, Qazax dilində kiril əlifbasından latın əlifbasına keçmək fərmanı verdi. 2018-ci ildən etibarən məktəblərdə dərs kitablarının latın əlifbasında çap edilməsini hədəfləyən dəyişikliklə Nazarbayev, 2025-ci ilə qədər bütün kitabların, dövrü mətbuatın və rəsmi sənədlərin latın əlifbasında yayınlanmağa başlamağını nəzərdə tutur.

Qazaxıstan latın əlifbasına keçir

Qazaxıstan Dövlət Başçısının rəsmi internet səhifəsində yayınlanan “Oriyentasiya: Gələcəyin mənəvi canlanması” adlı məqaləsində Nazarbayev, Qazaxıstan hökümətinə 2017-ci ilin sonuna qədər qazax kiril əlifbasının latın əlifbasına keçid qrafikini hazırlamaq təlimatını verir.

Bu keçidin “siyasi səbəblərə” bağlı olduğunu bildirən Nazarbayev məqaləsində, bu günümüzün Qazaxıstanında fərqli əlifbaların istifadəsiylə bağlı tarixi məlumat verir.

10-cu əsrdən 20-ci əsrə qədər ölkədə ərəb əlifbasının istifadə edildiyini bildirən Nazarbayev, məqaləsində 1929-cu ildə latın əlifbasına keçid qərarı alındığını, kiril əlifbasına isə 1940-cı ildə keçildiğini yada salır.

2017-ci ilin sonuna qədər elm adamları və ictimaiyyət nümayəndələri ilə edilən görüşlərdən sonra latın əlifbası əsasında yeni qazax əlifbasındakı tək standartın hazırlanılmasını ifadə edən Nazarbayev, 2018-ci ildən başlayaraq orta məktəb üçün latın əlifbasında kitabların yayınlanması və yeni əlifbada təhsil üçün mütəxəssislərin hazırlanmağının vacibliyini qeyd edir.

Plana görə keçidin ilk dönəmində həm kiril, həm latın əlifbası istifadə ediləcək.

Təxminən 18 milyon nəfərin yaşadığı Qazaxıstanda, rəsmi dil olaraq qazaxça (Qazax Türkçəsi) və rusça danışılır.

Mənbə: Krım Xəbər Agentliyi