Qazaxıstan Məclisi Azərbaycanla beynəlxalq avtomobil nəqliyyatı haqqında sazişi təsdiq edib

3 aprel, 2017-ci il tarixində Bakıda imzalanan beynəlxalq avtomobil nəqliyyatı haqqında sazişi Qazaxıstan Milli Məclisi təsdiq edib. Qazaxıstanın İnvestisiya və İnkişaf naziri Jenis Qasımbek sazişin önəmindən bəhs edərək onun Qazaxıstanın tranzit potensiyalının inkişafına və Mərkəzi Asiyada böyük logistik (bir malın ilk istehsalçısından son istehlakçısına qədər olan bütün prosesləri əhatə edir) şəbəkənin yaradılmasına kömək edəcəyini bildirdi. Nazir eyni zamanda Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın həcminin 16% artaraq 6.2 min tona çatdığını da əlavə edib.
Mənbə: www.trend.az